Lufthansa və Avstriya hava yolları şirkətləri bu gün Təl-Əvivə uçuşları dayandırıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Kanal12" məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun Livana qarşı mümkün hücumu təhlükəsi səbəbindən ötən gün axşam saatlarında planlaşdırılan bütün uçuşlar ləğv edilib və ya təxirə salınıb.
İsrailə uçuşların dayandırılması qərarının nə qədər müddətə verildiyi barədə heç bir açıqlama verilməyib.
Mehriban Mirzəzadə Demokrat.az


