Dünya Özəl

Bu 3 ölkə Qəzza üçün təcili atəşkəs çağırışı etdi

Bu 3 ölkə Qəzza üçün təcili atəşkəs çağırışı etdi

Avstraliya, Yeni Zelandiya və Kanada Qəzzada təcili atəşkəsə çağırıb.

Demokrat.az xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanese, Yeni Zelandiyanın baş naziri Kristofer Luxon və Kanadanın baş naziri Castin Trüdo bu gün birgə bəyanatla çıxış edərək Qəzzada təcili atəşkəsə ehtiyac olduğunu vurğulayıblar.

Nazirlər açıqlamalarında “Biz israillilərin və fələstinlilərin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində təhlükəsiz yaşaya biləcəkləri iki dövlətli həllə nail olmaq üçün dönməz bir yol üzərində işləmək əzmindəyik. Bu, ədalətli və davamlı sülhə nail olmaq üçün yeganə real variantdır” , - deyilib.

Həmçinin, qeyd olunub ki, İsraili Beynəlxalq Ədalət Məhkəməsinin tövsiyəsinə əsaslı cavab verməyə, ekstremist məskunlaşmaçılar tərəfindən fələstinlilərə qarşı davam edən zorakılıq aktlarına görə məsuliyyət daşımağa, beynəlxalq hüquqa əsasən qeyri-qanuni olan İordan

Zehra Məmmədova Demokrat.az

NE
Nihadə Eyyubova