“Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflər paketi hazırlayır”.
Demokrat.az"Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.
“Ermənistanın cavab təklifləri hazırlıq mərhələsindədir”, - deyə Badalyan qeyd edib.
Bildirilir ki, bu, sülh müqaviləsi ilə bağlı Azərbaycanın təqdim etdiyi 10-cu təkliflər paketidir və iyunda təqdim edilib.


