Dünya Özəl

Bu iki ölkədə qasırğa 25 nəfərin həyatına son qoydu

Bu iki ölkədə qasırğa 25 nəfərin həyatına son qoydu

Filippin və Tayvanda baş verən “Gaemi” qasırğası nəticəsində 25 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, “Qaemi” qasırğasının təsirinə məruz qalan iki ölkədə leysan yağışlar nəticəsində sel və torpaq sürüşməsi baş verib, evlərə və mağazalara ciddi ziyan dəyib.

Beləki, Tayvanda daşqın və torpaq sürüşmələri nəticəsində 3 nəfər ölüb, 220-dən çox adam yaralanıb.

Filippinin paytaxtı Manilada isə ilkin məlumata görə, 22 nəfər həyatını itirib. Paytaxtda sel suları altında qalan 3 nəfər axtarılır.

Daşqınlar nəticəsində suyun səviyyəsinin yerlərdə 150 santimetri keçdiyi bildirilib.

13 milyon vətəndaşın yaşadığı paytaxtda insanların evlərin damına çıxaraq kömək gözlədiyi qeyd olunub.

Zehra Məmmədova Demokrat.az

NE
Nihadə Eyyubova