Gündəm Özəl

“Qapını bağlayın, kondisioner işləyir”... — Oksigensiz qala bilərik

“Qapını bağlayın, kondisioner işləyir”... — Oksigensiz qala bilərik

Qızmar yay günlərini kondisionersiz keçirmək mümkün deyil. Bəzən yayda kondisioner səbəbilə xəstələnirik. Xüsusən də uşaqlara kondisioner havası daha zərərli ola bilər.

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, yayda kondisionerə tələbat daha çox artır:

“Kondisioner yandırsaq da istifadə qaydalarına mütləq əməl etməliyik. Çoxları düşünür ki, bağlı otaqda kondisioneri bir qədər yüksək temperatura qoyub saatlarla oturmaq olar, belə deyil. Minimal temperatur 22-24 dərəcə olmalıdır. Kondisioneri bayırda havanın temperaturu 35 dərəcə və yuxarıdırsa, yandırmaq daha doğrudur. Kondisioner işləyən otaqda qapı-pəncərəni tam bağlamaq düzgün deyil. Çünki kondisioner içəridəki oksigeni tamamilə sovurur və insanların oksigensiz qalmasına gətirib çıxarır, bu da müəyyən xəstəliklər yaradır. Kondisioner olan otaqda ya nəfəsliyi açmaq, ya da pəncərəni bir az açıq qoymaq lazımdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova