Dünya Özəl

Baydenin geri çəkilməsi ilə bağlı Rusiyadan ilk ŞƏRH

Baydenin geri çəkilməsi ilə bağlı Rusiyadan ilk ŞƏRH

ABŞ prezidenti Co Baydenin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürməsindən sonra Rusiyadan ilk açıqlama gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov açıqlamasında, "Seçkilərə hələ dörd ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir. Səbirli olmaq və baş verənləri diqqətlə izləmək lazımdır" deyib.

Rusiya-Ukrayna müharibəsinə toxunan Peskov, “Bizim üçün prioritet xüsusi hərbi əməliyyatdır” deyə vurğulayıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova