Hadisə

"Malaysia Airlines" aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş etdi

Malaysia Airlines aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş etdi

"Malaysia Airlines" aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Demokrat.az Apa-ya istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A350" təyyarəsi yerli vaxtla saat 6:42-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

NE
Nihadə Eyyubova