Dünya Özəl

Məşhur aktrisanın anası qızına yazılan rəyə əsəbləşdi

Məşhur aktrisanın anası qızına yazılan rəyə əsəbləşdi

Türkiyəli məşhur aktrisa Afra Saraçoğlunun anası Lütfiyə Saraçoğlu qızı haqqında yazılan şərhlərə əsəbləşib.

Demokrat.az xəbər verir ki, aktrisanın anası "İstedadsız" şərhinə əsəbiləşərək, "Yazıqsınız, çox yazıq gündəsiniz” deyərək reaksiya verib.

Belə ki, bir müddət əvvəl sevgilisi Mert Ramazan Demirlə bir-birini "İnstagram"dan silən Saraçoğlu ilə bağlı xəbər paylaşımında “Bu istedadsızlıqla necə aktrisa olub?” ifadələri yazılıb.

Qeyd edək ki, Afra Saraçoğlu bir müddətdir ki, dil təhsili üçün Amerikada yaşayır.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova