Gündəm

YAP Hadi Rəcəblinin dairəsinə yeni namizəd gətirdi

YAP Hadi Rəcəblinin dairəsinə yeni namizəd gətirdi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu gün deputatlığa namizəd siyahısını açıqlayıb.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki,hakim partiya mərhum Hadi Rəcəblinin əvvəllər deputat seçildiyi dairədən yeni namizəd irəli sürüb.

Belə ki, 78 saylı (keçmiş 74 saylı-red.) Lənkəran kəndseçki dairəsindən YAP-ın 1 sentyarbda keçiriləcək seçkilərdəki namizədiAnar İsgəndərovolacaq.

Anar İsgəndəov fəaliyyətini yenicə başa vuran altıncı çağırış parlamentdə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı olub.

Mərhum Hadi Rəcəbli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisindeputatı olub.

O, sonuncu dəfə 2015-ci ilin noyabrında Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilmiş, 2020-ci ildə səlahiyyətlərini başa vurmuşdu.

Hadi Rəcəbli 2020-ci ildəki növbədənkənar seçkilərdə də 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini vermişdi. Həmin dairədə lider namizəd Hadı Rəcəbli elan olunsa da, MSK sonradan nəticələri ləğv etmişdi. Və altıncı çağırış Milli Məclisdə əvvəldən axıradək Lənkəran kənd seçki dairəsinin parlamendəki yeri boş qalmışdı. Hadı Rəcəbli 17 aprel 2024-cü ildə vəfat edib.

NE
Nihadə Eyyubova