Dünya Özəl

İspaniya Ukraynaya 10 Leopard tankı göndərdi

İspaniya Ukraynaya 10 Leopard tankı göndərdi

İspaniya hakimiyyəti Ukraynaya 10 Leopard tankından ibarət yeni partiya göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Hərtərəfli təmir prosesi başa çatdıqdan sonra 10 Leopard 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb”, - departament qeyd edib.

Yükün gələn həftəsonuna qədər Polşa limanına çatması, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, Madrid artıq Kiyevə 20 Leopard döyüş maşını göndərib. Daha bir partiya 2024-cü ilin ikinci yarısında Ukraynaya verilə bilər.

Şahanə Demokrat.az

NE
Nihadə Eyyubova