Kriminal

Atasını bıçaqlayan şəxs saxlanıldı — YENİLƏNİB

Atasını bıçaqlayan şəxs saxlanıldı — YENİLƏNİB

Ağdaşda atasını bıçaqlayan şəxs saxlanılıb.

Bununla bağlı Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

*** 09:08

Ağdaşda oğul atasını bıçaqlayıb.

"Report" xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Kənan Zülfüqarov münaqişə zəminində atası 1976-cı il təvəllüdlü Aqil Zülfüqarovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az