Fələstinin HAMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli üçün İsrail tərəfi ilə dolayı danışıqları dayandırmaq qərarına gəldiyi iddia edilən xəbərləri təkzib edib.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu barədə radikal hərəkatın rəsmi nümayəndəsi İzzət ər-Rişq bildirib.
O, bu barədə belə deyib:
“Fransa agentliyi tərəfindən dərc edilən və bəzi KİV-lər tərəfindən HAMAS-ın Xan Yunis yaxınlığında İsrail qüvvələrinin hücumuna cavab olaraq Qəzzada danışıqları dayandırmaq qərarı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.


