ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada keçirilən mitinqi zamanı atəş açılıb.
Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, mitinqin yayımı siyasətçinin "YouTube" kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb. Atəş açanın kimliyi məlum deyil, o. hələ ələ keçməyib.
Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Əlavə olaraq KİV-də yayılan məlumatlara görə silahlı insidentdə iki nəfərin öldüyü güman edilir.


