Dünya Özəl

Keniya prezidenti Nazirlər Kabinetini buraxdı

Keniya prezidenti Nazirlər Kabinetini buraxdı

Keniya prezidenti Uilyam Ruto Nazirlər Kabinetini buraxıb.

Demokrat.az xəbər verir ki, Ruto Keniyanın Baş naziri və Xarici İşlər Naziri Musalia Mudavadidən başqa bütün kabinet üzvlərini vəzifəsindən azad etdiyini açıqlayıb.

Ruto mediaya açıqlamasında, "Baş nazir və Xarici İşlər Naziri istisna olmaqla, bütün nazirləri dərhal işdən azad etmək qərarına gəldim" deyib.

Ruto yeni kabinet təyin olunana qədər nazirliklərin işlərinin baş nazir tərəfindən koordinasiya ediləcəyini və konstitusiya çərçivəsində ən qısa zamanda yeni kabinetin formalaşacağını bildirib.

Keçən ay Keniyada hökumət əleyhinə nümayişlərə polisin müdaxiləsi nəticəsində azı 30 nəfər həlak olub.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova