Dünyanın ən zəngin adamlarından biri olan Ceff Bezos Türkiyədə Marmarisdəki bir restoranda ödədiyi hesab heyrətə gətirib.
Demokrat.az xəbər verir ki, 500 milyon dollarlıq lüks yaxtası "Koru" ilə Bodruma lövbər salan Bezos nişanlısı və dostları ilə birlikdə Fethiye Göcekdə istirahət edib.
Beləki, Bezos və nişanlısı ötən axşam Marmarisdə “D Maris”də əsasən Aralıq dənizi və Fransız mətbəxi yeməkləri təqdim edən restoranda yaxtalarında qonaq etdikləri yaxın dostları ilə şam yeməyi ediblər.
Bezos gecənin sonunda təxminən 100 min avro ödəyib.
Əfsanə Rəcəb Demokrat.az


