Region Özəl

Ermənistanda "kosmik miqyas"da QALMAQAL

Ermənistanda kosmik miqyasda QALMAQAL

Bir sıra ölkələr Paşinyandan digər dövlətlərin cihazlarının işini pozan “Hayasat-1” və “Armsat-1” peyklərini orbitdən qaytarmağı tələb edir.

Demokrat.az “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, erməni peyklərinin buraxılması düzgün hesablanmayıb və qeyri-peşəkardır.

İyulun əvvəlində Avet Poqosyanın Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini vəzifəsindən istefa verməsi məlum olub. Sən demə, o kosmik proqrama, məhz o nəzarət edirmiş.

Qeyd edək ki, İspaniyanın Satlantis şirkəti tərəfindən Ermənistan üçün istehsal edilən Armsat-1 peyki 2022-ci ilin mayında orbitə buraxılıb.

“Hayasat-1” 1 dekabr 2023-cü ildə Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından orbitə buraxılan ilk Ermənistan istehsalı peykdir.

Şahanə Xankişiyeva Demokrat.az

NE
Nihadə Eyyubova