Hadisə Özəl

YUNESKO tərəfindən qorunan məşhur abidə hücuma məruz qaldı — FOTO

YUNESKO tərəfindən qorunan məşhur abidə hücuma məruz qaldı — FOTO

İngiltərədə “Just Stop Oil” adlı ekologiya fəalları Solsberi şəhərindəki YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan “Stounhenc” tarixi abidəsinə hücum edərək onu narıncı rəngə boyayıblar.

Demokrat.az xəbər verir ki, hadisə nəticəsində 4-5 min il yaşı olduğu təxmin edilən abidə zədələnib.

Həmin vaxt əraziyə gələn bəzi qonaqlar və turistlər fəallara müdaxilə etməyə çalışıb.

Aktivistər arxeoloji abidəni zədələməklə, zərərverici qalıq yanacaqlarının aradan qaldırılmasına çağırış edib.

Qeyd edək ki, “Just Stop Oil” adlı qrup şəhərdə trafikin dayandırılması və ya sənət əsərlərinin rənglənməsi kimi hərəkətləri ilə tanınır.

Əfsanə Rəcəb Demokrat.az

D
demokrat.az