Dünya Özəl

Çilidə güclü tufan və daşqın: Ölən var

Çilidə güclü tufan və daşqın: Ölən var

Çilidə şiddətli fırtına səbəbindən küçə və prospektləri su basıb, ən azı 2300 evə ziyan dəyib, 1 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, ölkədə həftə boyu güclü tufan və yağış təsirli olub.

Ölkənin mərkəzi və cənub bölgələrində daşqınlar nəticəsində yüzlərlə insan evlərindən təxliyə olunub.

Bundan əlavə, 4300 nəfər evsiz qalıb, 60 min evdə elektrik enerjisi kəsilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova