Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Direktivin qüvvədə olma müddətini uzadıb.
Demokrat.az xəbər verir ki, bu barədə Aİ-nin müvəqqəti prezidenti Nikol de Mur açıqlama verib.
O bildirib ki, Aİ Komissiyası müharibədən qaçan ukraynalılara verilən müvəqqəti mühafizənin 4 mart 2025-ci il tarixindən 2026-cı il martın 4-nə kimi uzadılması təklifini qəbul edib:
“Ukraynada bombalar düşməyə davam etdiyi müddətcə oradakı vəziyyətin təhlükəli olduğu hərkəsə aydındır. Aİ-yə üzv dövlətlər də bu təhlükədən xəbərdardır.
Hücumdan qaçan insanları qorumaq üçün nə lazımdırsa edəcəyik. Qəbul edilən yeni qərarla ölkəyə olan həmrəyliyimizi davam etdiririk".
Aysu Demokrat.az


