Dünya Özəl

Hakan Fidan Ukrayna Sülh Sammitində iştirak edəcək

Hakan Fidan Ukrayna Sülh Sammitində iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İsveçrədə başlayacaq Ukrayna Sülh Sammitində iştirak edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, nazir iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitində iştirak edəcək.

Sammitin açılış sessiyasında çıxış edəcək Fidan münaqişələrin Ukraynaya dağıdıcı təsirinin artdığını, regional və qlobal səviyyədə mənfi nəticələrinin getdikcə dərinləşdiyini bəyan edəcək.

Həmçinin, Rusiya-Ukrayna müharibəsinin genişlənməsi və kütləvi qırğın silahlarından istifadə riskinin artdığını və Türkiyənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini izah edəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova