Hadisə Özəl

Gənə daha bir ölümə səbəb oldu

Gənə daha bir ölümə səbəb oldu

Türkiyənin Sivas vilayətində daha bir şəxs gənə dişləmələri nəticəsində yaranan Krım-Konqo hemorragik qızdırma xəstəliyindən dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, 74 yaşlı şəxs bədəninə yapışmış gənəni çıxardıqdan sonra özünü pis hiss edib. Xəstəxanaya yerləşdirilən yaşlı kişiyə Krım-Konqo hemorragik qızdırma diaqnozu qoyulub.

Lakin bütün müdaxilələrə baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb.

Bununla da bölgədə il ərzində eyni səbəbdən ölənlərin sayı 4-ə çatıb.

Aysu

NE
Nihadə Eyyubova