Dünya Özəl

Qəzzada ölənlərin sayı 37 min 202-yə çatdı

Qəzzada ölənlərin sayı 37 min 202-yə çatdı

İsrail Ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 37 min 202 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin bölgəyə hücumları 250 gündür davam edir:

“Son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 hücum həyata keçirilib.

Bu hücumlarda daha 38 fələstinli həyatını itirib, 100 fələstinli isə yaralanıb”.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 202-yə, yaralıların sayı isə 84 min 932-yə yüksəlib.

Aysu Demokrat.az

D
demokrat.az