ABŞ Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv edib.
Demokrat.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Azov briqadasının insan haqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparılıb.
Araşdırmalardan sonra briqadada hər hansı insan hüquqları pozuntusuna yol verildiyi aşkar edilməyib.
Bundan sonra hökumət briqadanın ABŞ-dən silah dəstəyi almasına mane olan qadağanı aradan qaldırıb.
Aysu Demokrat.az


