Hizbullah Hərəkatı İsrail döyüş təyyarəsinə hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə Hizbullah açıqlama yayıb.
Açıqlamada Livanın hava məkanını pozan İsrail döyüş təyyarəsinə yer-hava raketi atıldığı bildirilib.
Qeyd edilib ki, təyyarə öz missiyasını yerinə yetirmədən geri qayıtmalı olub.
İyunun 6-da Hizbullah oxşar bəyanatla bir döyüş təyyarəsinin eyni tipli raketlə hədəf alındığını açıqlayıb.
Aysu Demokrat.az


