Cop29

Butan Kralı Bakıda keçiriləcək COP29-a dəvət edilib

Butan Kralı Bakıda keçiriləcək COP29-a dəvət edilib

Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuk bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.

Demokrat.az-ın məlumatına görə, bu barədə Krala etimadnaməsini verən səfir Elçin Hüseynli deyib.

O, Kralla söhbət zamanı 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.

D
demokrat.az