Dünya Özəl

Stoltenberq: Ukraynanın Rusiyadakı qanuni hədəfləri vurmaq hüququ var

Stoltenberq: Ukraynanın Rusiyadakı qanuni hədəfləri vurmaq hüququ var

“Rusiyaya qarşı döyüşən Ukrayna beynəlxalq hüquq normaları çərçivəsində ölkədəki qanuni hərbi hədəflərə hücum edə bilər”.

Demokrat.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

O bildirib ki, NATO Ukraynaya dəstək üçün yaxşı və güclü bir çərçivə yaratmağa çalışır:

"NATO-nun Ukrayna ilə bağlı uzunmüddətli öhdəliyi nə qədər çox olarsa, Ukraynadakı müharibə bir o qədər tez bitə bilər.

Ukraynanın özünümüdafiə hüququ var və bu hüquqa Rusiya ərazisindəki qanuni hərbi hədəfləri vurmaq daxildir”.

Qeyd edək ki, son zamanlar Ukraynaya dəstək verən qərb ölkələri ölkəyə bağışladıqları silahların Ukrayna hüdudlarından kənarda istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün bəyanatlar verirlər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova