Dünya Özəl

İndoneziyanın İbu vulkanında bir gündə 3 partlayış baş verib

İndoneziyanın İbu vulkanında bir gündə 3 partlayış baş verib

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən İbu vulkanı bir gündə üç dəfə püskürüb.

Demokrat.az xəbər verir ki, bu barədə İndoneziya Geologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, bölgədə püskürmə nəticəsində 1200 metrə qədər yüksələn tüstü meydana gəlib.

1900-dən çox insan bölgədən təxliyə edilib, minlərlə hektar ərazi zərər görüb.

Xatırladaq ki, İbu vulkanı sonuncu dəfə iyunun 4-də püskürüb.

İlin əvvəlindən təxminən 100 dəfə püskürən İbu vulkanının may ayından etibarən aktivliyi daha da artıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova