Gündəm Özəl

Rusiya bu il Xankəndidə konsulluq aça bilərmi? — AÇIQLAMA

Rusiya bu il Xankəndidə konsulluq aça bilərmi? — AÇIQLAMA

“Rusiyanın Azərbaycanda konsulluq açmaq istəməsi haqqında hələ 2023-cü ildə fikirlər səsləndirilmişdi. Milli Məclisin sədri Sahibə Qafarova Moskvada Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşən zaman ilk dəfə Matviyenko bildirdi ki, Rusiya Azərbaycanda konsulluq açmaq istəyir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, konsulluq məsələsi ümumiyyətlə siyasi əsaslara söykənir:

Rusiya bu il Xankəndidə konsulluq aça bilərmi? — AÇIQLAMA

“Azərbaycanın Moskvada səfirliyi, Sankt Peterburq və Yekaterinburqda konsulluqları var. Konsulluq, əsasən, orada yaşayan azərbaycanlılara xidmət etmək üçündür. Yəni onların pasportunun dəyişdirilməsi, başqa ölkəyə viza alınması və digər sənəd işləri üçün fəaliyyət göstərir”.

Elşad Həsənov qeyd edib ki, Rusiya strateji mütəfiqimiz və yaxın qonşumuzdur:

“44 günlük müharibədə də Rusiya əvvəlki kimi Ermənistana ciddi dəstək olmadı. Biz hesab edirdik ki, bu konsulluq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə açılacaq. Çünki Gəncədə ruslar yaşayır, orada icma da var. Xankəndində bir nəfər də olsa rus yoxdur. Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi qərar verəcək. Son dövrlər görünür ki, konsulluğun açılması siyasi məna daşıyır. Artıq Türkiyə ilə razılaşma var. Türkiyənin Şuşada konsuluq açması məsələsi razılaşdırılıb. Ola bilsin ki, Rusiya da buna uyğun olaraq Xankəndində öz konsulluğunu açmaq istəyir. Yəni bunlar hamısı hakimiyyət tərəfindən qiymətləndiriləcək. İnanmıram ki, bu il orada konsulluq açılmasına Azərbaycan icazə versin”.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bildirib ki, ölkəsi Xankəndidə konsulluq açmaq niyyətindədir.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova