Dünya Özəl

Nigeriyada daha bir silahlı hücum: Ölənlər var

Nigeriyada daha bir silahlı hücum: Ölənlər var

Nigeriyanın Kaduna əyalətində bazara silahlı hücum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, silahlı hücum naməlum dəstə üzvləri tərəfindən törədilib.

Hücumda 12 nəfər ölüb, 20 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bölgəyə yanvar ayından bəri edilən hücumlarda onlarla insan həyatını itirib, 300-dən çox insan qaçırılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova