Dünya Özəl

Hərbi təyyarə qəzaya uğradı

Hərbi təyyarə qəzaya uğradı

ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən Albuquerque Beynəlxalq Sunport hava limanı yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində pilot ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hava limanı yaxınlığında yerləşən Kirtland Hərbi Hava Qüvvələrinin bazası qəzanı təsdiqləyib.

Buna baxmayaraq, təyyarənin növü və qəzanın təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

D
demokrat.az