Fransa prezidenti Emmanuel Makron İsrailin Rafahdakı hücumları ilə bağlı atəşkəs çağırışı edib.
Demokrat.az xəbər verir ki, o, bu barədə “X” hesabından paylaşım edib.
O bildirib ki, sözügedən hücumlar dərhal dayandırılmalıdır:
“Fələstinli mülki vətəndaşlar üçün Rafahda təhlükəsiz zona yoxdur. İsraili beynəlxalq hüquqa hörmət və atəşkəsə çağırırıq”.
Qeyd edək ki, İsrail dünən Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırma qərarına baxmayaraq Qəzza zolağının Rəfah şəhərində köçkün fələstinlilərin çadırlarına hücum edib.
Hücumda ən az 40 fələstinlinin həyatını itirdiyi açıqlanıb.
Aysu Demokrat.az


