Dünya Özəl

Amerikalı aktyor güllələnərək öldürüldü

Amerikalı aktyor güllələnərək öldürüldü

Amerikalı televiziya aktyoru Conni Uoktor avtomobilini oğurlamağa cəhd edən şəxslər tərəfindən güllələnib.

Demokrat.az xəbər verir ki, bu barədə aktyorun ailəsi məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı aktyor aldığı yaralardan yerindəcə dünyasını dəyişib.

Polisdən verilən məlumata görə, hücum aktyorun avtomobilini oğurlamağa cəhd edən 3 şəxs tərəfindən törədilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova