Dünya Özəl

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 18-ə yüksəldi

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 18-ə yüksəldi

ABŞ-ın Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarında qasırğa nəticəsində ölənlərin sayı 18-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Texas qubernatoru Greg Abbott Valley açıqlama verib.

O bildirib ki, fırtına nəticəsində təxminən 100 nəfər yaralanıb, 200-dən çox obyekt yararsız hala düşüb.

Səlahiyyətlilər fırtınada həyatını itirənlərin sayının Arkanzasda 8, Texasda 7, Oklahomada 2 və Kentukkidə bir nəfər olduğunu açıqlayıb.

Bundan əlavə, Texas və Oklahoma ştatlarında təxminən 30 min evdə elektrik enerjisi kəsilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova