Dünya Özəl

Hindistanda fabrikdə partlayış: ölən və yaralananlar var

Hindistanda fabrikdə partlayış: ölən və yaralananlar var

Hindistanın qərbindəki Maharaştra ştatında fabrikdə dəhşətli partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb.

Bildirilib ki, bölgədə baş verən partlayış güclü yanğına səbəb olub.

Yanğın nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.

Yanğınsöndürənlər yanğını nəzarətə götürüb, partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova