Dünya Özəl

Fransada futbol meydançasına ildırım düşdü

Fransada futbol meydançasına ildırım düşdü

Fransanın Pa-de-Kale əyalətində futbol meydançasına ildırım düşməsi nəticəsində 1 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə təxminən 30 nəfərlik futbol komandası Qabriel Peri meydançasında məşq edərkən baş verib.

İldırım vurması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır olmaqla 2 nəfər yaralanıb.

Qeyd edək ki, dünən bölgədə fırtına səbəbiylə narıncı xəbərdarlıq edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova