Gündəm Özəl

“Dəfn pulu bütün vətəndaşlara verilməlidir” — Sosioloq

“Dəfn pulu bütün vətəndaşlara verilməlidir” — Sosioloq

Vətəndaşlara dəfn pulu verilməsi müzakirə olunur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib.O bildirib ki, bunun üçün təxminən 10-12 milyon manat vəsait lazımdır: “Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımızın dəfn müavinəti məsələsi gündəmdə qalsın. Bununla bağlı komitə adından aidiyyəti üzrə məktublar göndəriləcək”.

Təklifi müsbət dəyərləndirən sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, dəfn pulu bütün vətəndaşlara verilməlidir:

“Dəfn pulu bütün vətəndaşlara verilməlidir” — Sosioloq

“Uzun illərdir biz də bunu təklif edirik. Vətəndaşlar arasında ayrıseçkiliyə heç bir əsas yoxdur. İnsan həyata bir dəfə gəlir və bir dəfə dünyasını dəyişir, dövlət də vətəndaşı qarşısında son borcunu bu cür yerinə yetirə bilər. Verilən müavinət dəfn xərclərinin hamısını ödəmir, yalnız kiçik bir hissəsini qarşılayır. Dəfn pulunu yalnız müəyyən kateqoriya şəxslərə ödəmək, vətəndaşlar qarşısında hansısa şərtlər qoymağın mənası yoxdur. Bu elə bir böyük vəsait deyil. Vətəndaş ömrü boyu dövlətin yaşaması üçün işləyib, vergi verib, nəsə yaradıb, ölkəyə faydası dəyib. Bu təklif üçün artıq gecdir, çoxdan bu qərar verilməli idi. Standart yanaşma budur ki, istisnasız bütün vətəndaşlara şamil olunmalıdır bu ödəniş. Təklif verilir, sonra unudulur. Belə olmamalıdır. Bir neçə deputat təkliflər verir, digərləri də onları dəstəkləməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova