Dünya Özəl

Məsciddə baş verən partlayışda ölənlərin sayı artdı

Məsciddə baş verən partlayışda ölənlərin sayı artdı

Nigeriyanın Kano əyalətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, partlayışda yaralananlardan daha 6-sı həyatını itirib və ölənlərin sayı 17-yə yüksəlib.

Xatırladaq ki, mayın 15-də Kano əyalətinin Laraba Abasava kəndində məscidə edilən hücum nəticəsində 11 nəfər həlak olub.

Partlayışla bağlı aparılan araşdırmalar zamanı bir nəfər saxlanılıb.

Aysu Demokrat.az

D
demokrat.az