İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olması ilə əlaqədar Livanda 3 günlük rəsmi matəm elan edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Livanın baş naziri Necib Mikati açıqlama verib.
O bildirib ki, sözügedən hadisə ilə əlaqədar ölkə ərazisində matəm elan olunub və bayraqlar yarıya endirilib.
Həmçinin bildirilib ki, dövlət televiziya və radioları verilişləri bu hadisəyə uyğun təşkil edəcəklər.
Aysu Demokrat.az


