Gündəm

"Həyata qayıtma şansı Allahın əlindədir" – Vurğun Əyyubun həkimindən AÇIQLAMA

Həyata qayıtma şansı Allahın əlindədir – Vurğun Əyyubun həkimindən AÇIQLAMA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti kritikdir.

Demokrat.az xəbər verir ki, bu barədə sherg.az-a V.Əyyubun həkimi, professor Adil Qeybulla məlumat verib.

Həkim qeyd edib ki, V.Əyyubun həyata qayıtma şansı Allahın əlindədir:

"Doğrudur, onun vəziyyəti olduqca ağırdır. Amma hər halda Allah istəyərsə, o, həyata qayıda bilər".

A.Qeybulla sosial şəbəkə istifadəçilərinə də müraciət edib: "Sosial şəbəkələrdə Vurğun bəyin ölümü ilə bağlı yayılan xəbərlər tamamilə yalandır. İstifadəçilər gərək, diqqətli olsunlar və belə dezinformasiya yaymasınlar".

D
demokrat.az