Dünya Özəl

Qəzzada ölənlərin sayı 35 mini ötdü

Qəzzada ölənlərin sayı 35 mini ötdü

İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı 35 min 34-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 8 hücumda 63 nəfər ölüb, 114 nəfər isə yaralanıb.

Bölgədə 219 gündür davam edən hücumlarda ümumilikdə ölənlərin sayı 35 min 34 nəfərə, yaralılar isə 78 min 755-ə yüksəlib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova