İsveçdə 4,1 milyon insanla aparılan araşdırmada xərçəng xəstələrinin 40%-nin artıq çəkili olduğu müəyyən edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Məlumata görə, İsveçin Lund Universitetinin alimləri təxminən 40 il ərzində 4,1 milyon insan arasında araşdırma aparıblar.
Araşdırma nəticəsində artıq çəki ilə əlaqəli xərçəng sayının artdığı ortaya çıxıb.
Tədqiqatda 32 xərçəng növünün piylənmə ilə əlaqəli olduğu, bunlara döş, bağırsaq və böyrək xərçənginin də aid olduğu qeyd edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1 milyarddan çox insan piylənmə ilə yaşayır.
Həmçinin uşaq və yeniyetmələrdə piylənmə halları 1990-2022-ci illər arasında 4 dəfə artıb.
Aysu Demokrat.az


