Ağdamda 12 yaşlı uşağı ilan sancıb.
APA xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.
Kənd sakini Canpolad Xasay oğlu Piriyevhəyətdə oynayarkən ilan onu sol ayağından sancıb. C.Piriyev təcili yardım avtomobili ilə Ağdam RayonMərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub və xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda həyati təhlükəsi yoxdur.


