Dünya Özəl

Daşqın nəticəsində ölənlərin sayı 179-a çatdı

Daşqın nəticəsində ölənlərin sayı 179-a çatdı

Keniyada leysan yağışların səbəb olduğu seldə həyatını itirənlərin sayı 179-a yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Mvaura açıqlama verib.

Açıqlamada son 24 saatda sel fəlakətində daha 10 nəfərin həyatını itirdiyi, ümumi itkilərin isə 179-a yüksəldiyi qeyd olunub.

Mvaura bildirib ki, ölənlərdən 15-i uşaqdır:

“Seldə yaralanan 125 nəfərin müalicəsi davam etdirilir, 90 nəfər isə itkin düşüb. Bundan əlavə, 195 min 11 nəfər evlərini tərk etmək məcburiyyətində qalaraq, sığınacaq mərkəzlərinə üz tutub”.

Aysu Demokrat.az

D
demokrat.az