Dünya Özəl

İranın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı

İranın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı

Almaniya İranın İsrailə hücumlarına görə İranın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirliyin sözçüsü Kristian Vaqner Berlində keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, İran səfiri bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb.

Həmçinin, İranda Almaniya səfiri digər qərb ölkələrinin nümayəndələrini məlumatlandırmaq üçün Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu çərçivədə bir sıra ikitərəfli görüşlər baş tutub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova