Rusiyada sel suları altında qalan evlərin sayı 10 min 550-yə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin 37 rayonunda daha 226 yaşayış məntəqəsi daşqınlardan zərər çəkib.
Su altında qalan evlər 10 min 550, bağlar 19 min 139, körpülərin sayı isə 160 olub.
Daşqın təhlükəsi ilə əlaqədar Kurqan və Tümen vilayətlərində fövqəladə vəziyyət elan edilib.
Həmçinin, bəzi ərazilərdə müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, evakuasiyalara başlanılıb.
Aysu Demokrat.az


