ABŞ Yəməndə husilərə məxsus hava hücumundan müdafiə sisteminə hücum edib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, husilərin nəzarətində olan hava hücumundan müdafiə sistemi və yer idarəetmə stansiyası vurulub.
Husilər tərəfindən atılan pilotsuz uçuş aparat sistemi də məhv edilib.
Xatırladaq ki, aprelin 7-də husilər koalisiya qüvvələrinə aid gəmiyə ballistik raket ilə hücum ediblər.
Aysu Demokrat.az


