Rusiyanın Bryansk vilayətinə Ukrayna ordusunun hücumu nəticəsində 2 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz açıqlama verib.
O, açıqlamada, Ukrayna Silahlı Qüvvələrinin artilleriya sistemləri ilə Bryansk vilayətinin Klimovo qəsəbəsinə hücum etdiyini bildirib.
Həmçinin, hücumda biri uşaq olmaqla 2 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını qeyd edib.
Boqomaz, hücum nəticəsində bir evdə yanğının baş verdiyini, axtarış-xilasetmə qruplarının hadisə yerində işlərini davam etdirdiyini vurğulayıb.
Aysu Demokrat.az


