2024-cü ilin ilk Günəş tutulması aprelin 8-də qeydə alınacaq.
Demokrat.az xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Bildirilib ki, aprelin 8-də ilin ilk tam Günəş tutulması ABŞ-də baş tutacaq.
Tutulma Meksika, ABŞ və Kanadanın bəzi hissələri boyunca təxminən 186 kilometr enində bir cığırla keçəcək.
Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən Günəş tutulmasını təkcə ABŞ-ın 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən müşahidə edilə bilər.
Aysu Demokrat.az


