Türkiyədə yük maşını ilə 2 minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Çorum vilayətində baş verib.
Qəza bölgəsinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar bölgədə nəqliyyatın hərəkəti dayandırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


