Dünya Özəl

Yaponiyadan Tayvana bir milyon dollarlıq YARDIM

Yaponiyadan Tayvana bir milyon dollarlıq YARDIM

Yaponiya hökuməti zəlzələdən zərər çəkən Tayvana bir milyon dollarlıq yardım göndərəcək.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda, Tayvanın ən qısa zamanda əvvəlki vəziyyətinə qayıtması üçün kömək ediləcəyi ifadə olunub:

“Qida, su və tibbi ləvazimatlar daxil olmaqla 1 milyon dollar dəyərində yardım "Yaponiya-Tayvan Mübadilə Assosiasiyası" vasitəsilə bölgəyə köçürüləcək”,- deyə bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova